Ön səyifə | Profil | Çıxış Daxil olduz ismlə Гость | Qrup "Гости" | RSS
Sayt menyusu
Kyokuşin-Catı
Statistika

Online Ümumi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Daxil forması
Maps
Təqdimat
Banner İKKU
Kyokushin

Karate World Calendar
11:30|Çərşənbə axşamı|2024

Kyokuşinkaida öyrətmə üç ana başlıq altında həyata keçirilir.

Texniki-baza (Kihon)

Forma (Kata)

Döyüş (Kumite)

Kyokuşin sistemi şotokan ve Qocu Ryu kimi ənənəvi karate stilləri üzərində qurulub ancak boks ve kik boks kimi döyüş idmanlarından bir çox ünsürü kumitesinə qatmışdır.

Kyokuşin sisteminin ana özəlliyi ilk tam təmaslı karate stili olmasıdır. Bu səbəblə məşqçi və tələbələr özlərini tam təmaslı döyüşlərə hazırlamaq üçün güclü kumite məşqlərini keçməlidirlər. Digər karate növlərindən fərqli olaraq kyokuşində əlcəklərdən də istifadə olunmur. Buna görə əllə üzə, başa və boğaza vurulan zərbələr qadağan olunub. Qeyd edək ki, ilk dövrlərdə həmin zərbələrə də icazə verilirdi ancaq əmələ gələn ciddi zədələr sonradan qadağaya yol açdı. Ancaq kyokuşində ayaq və diz zərbələri ilə başa, üzə və boğaza vurmağa icazə verilir. Bundan başqa kyokuşində döyüşdə rəqibi tutmağa icazə verilmir. Oyama tələbələrinin zərbəsini gücləndirmək üçün bu addımı atmışdı, yəni rəqibi tutmadan udmaq üçün bir yol qalır o da sərt zərbə ilə məğlub etmək.

Kyokuşində döyüş stili olaraq Şotokan kimi xətti formada deyil Qocu ryu kimi dairəvi formada hərəkətlərə üstünlük verilir. Kyokuşinin bu özəlliyindən istifadə edərək Oyamanın tələbələri başqa özünü müdafiə karate stilləri qurdular. Mahiyyət olaraq Oyamanın döyüş sənətinin mərkəzində zərbə dayanır. Oyama inanırdı ki, bütün fəndlər hər döyüşdə işləyə bilməz, xüsusilə özündən fiziki böyük döyüşçülərin qarşısında bunu daha çox hiss edən Oyama bir zərbə ilə qələbə - içigeki məntiqinin üzərində duraraq öz əl və ayaq zərbələrini çox inkişaf etdirdi. Yaponiyada onun "tanrı əl" adını almasının səbəbi də bu idi. Oyama ağır məşqlərlə dəqiq və sərt zərbələr formalaşdırmışdı. Elə buna görədir ki bugün dünyanın hər hansı yerində kyokuşin deyəndə ağla sərt tameişvarilər (daş, taxta və s. sındırmaq) və yarışlardakı nakavtlar gəlir.

Öz texnikalarını kihonlar vasitəsi ilə inkişaf etdirən tələbələr bunu kompleks şəkildə katalarda məşq edirlər. Kyokuşində müxtəlif döyüş sənətlərindən alınmış və sırf Oyamanın özünün işlədiyi katalar var. Bu stilin ən əsas kataları nəfəs, bədən (əzələ) və texnika tandemi ilə formalaşan ağır katalardır.

Təqvim
«  Mart 2024  »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Saytda axtarış
Arxiv qeydləri
Bizim bayramlar
Azərbaycan 

bayramları
Dostlar
Kataloq
Saytın dostları
  • www.kyokushinkaikan.org
  • www.prezident.az
  • www.obukhov-sport.ru
  • www.kyokushinkarate.com
  • www.kyokushinkan.ru
  • www.budoweb.ru
  • www.samuraidojos.com
  • www.sibkarate.ru
  • Bizə dünya baxır
    free counters
    Free counters
    Kyokushinfighters
    Faiq Mas Oyama Akioşi Matsui Nokautlar Aladdin Mirzoev Midori Kenci Makoto Nakamura Kurosava Xiroki
    Kyokushin Karate Azerbaijan © 2024 all right reserved